Millimizin baş məşqçisi: "Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdı"

11:49 - 21 Fevral 2022

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyununda Birləşmiş Ərəb Əmirliklərini 4:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov matçdan sonra açıqlama verib:

 

“Aprel ayında Bosniya və Herseqovina və Danimarkaya qarşı iki vacib oyunumuz var. UEFA-nın ayırdığı pəncərədən istifadə edərək iki yoldaşlıq oyunu keçirmək istədik. Oyun təcrübəsi qazanmaq baxımından bu oyunlar əhəmiyyət kəsb edir. Məqsədimiz rəsmi oyunlaradək tam hazır olmaqdır.
Bir həftədən çoxdur təlim-məşq toplanışına başlamışıq. Sevindirici haldır ki, milli üzvləri öz komandalarının heyətlərində mütəmadi oynayırlar, oyun təcrübəsi qazanırlar. Düşünürəm ki, bu oyunlar qarşıdakı rəsmi qarşılaşmalarda bizə çox kömək edəcək”.

Xəbər xətti