Azərbaycan Super Liqasının oyunları təxirə salındı

14:53 - 21 Fevral 2022

Azərbaycan Super Liqasında çıxış edən “Azərreyl” və UNEC voleybol komandaları Voleybol Federasiyasına müraciət ünvanlayıblar.

Sportal.az xəbər verir ki, hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb və həkim məsləhətinə görə bu oyunçular bir müddət məşq proseslərindən kənar qalmalıdırlar. Bu səbəbdən Azərbaycan Super Liqasının fevralın 22-də keçirilməli olan VIII turun oyunları “Azərreyl” – “Abşeron” və UNEC – “Murov"  başqa tarixə təxirə salınıb

Bu müraciət əsasında Azərbaycan Super Liqasının VIII tur oyunları təxirə salınıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti