Qadın futbolçulardan Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərini 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Siyasət Əsgərov fikirlərini bildirib:
“Təlim-məşq toplanışımız başa çatdı. Sevindirici haldır ki, bu hazırlıqdan maksimum istifadə edə bildik. İkinci oyunda əsasən az şans qazanan futbolçuları meydana buraxdım. Komandanın oyunundan razı qaldım, hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm. Monteneqro ilə oyunu da nəzərə alsaq, ardıcıl üç oyundan meydanı qalib tərk edirlər. Əlbəttə, bu cür qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır.”
saytlarin hazirlanmasi