Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və köməkçiləri AFFA-nın əməkdaşları ilə birlikdə Xocalı soyqırımını yad ediblər.
Sportal.az xəbər verir ki, onlar soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakının Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
saytlarin hazirlanmasi