UEFA Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəklədiyi üçün Belarusu cəzalandırıb.
Sportal.az xəbər verir ki, Belarus milli komandası və bu ölkənin klubları UEFA bayrağı altındakı oyunlarını neytral meydanda keçirəcək. Bu barədə qitənin ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb. Matçlara belaruslu azarkeşlər də buraxılmayacaq.
Qeyd edək ki, Belarus yığması Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alıb. Millimiz C Liqasının 3-cü qrupunda Belarus, Slovakiya, Qazaxıstan/Moldova ilə mübarizə aparacaq.
Azərbaycanın Belarusla səfər görüşünü iyunun 6-sı keçirəcək. Cavab oyunu isə iyunun 13-ü Bakıda olacaq.
saytlarin hazirlanmasi