17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsin 2-ci raundunda mübarizəyə başlayır.
Sportal.az xəbər verir ki, millimiz bu gün Albaniyada, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunda bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Oyunu Litvadan olan hakim idarə edəcək.
Baş hakim: Jurgita Macikunyte
Baş hakimin köməkçiləri: Ugne Smitait (Litva), Aniek Zvaan (Niderland)
Dördüncü hakim: Lizzy Van Der Helm (Niderland)
saytlarin hazirlanmasi