Türkiyəli hücumçu İspaniyada ən yaxşı seçildi

19:30 - 9 Mart 2022

İspaniyanın "Xetafe" klubunda fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, türkiyəli hücumçu Enes Ünal ötən ayın ən yaxşısı seçilib. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı forvard azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.

 

Ardıcıl ikinci dəfə ayın ən yaxşısı seçilən futbolçu əziyyətinin bəhrəsini gördüyünü deyib:

 

"Bu mükafat çalışmağımın qarşılığının görüldüyü mənasına gəlir və çox məmnunam. Formamı itirmədən davam etmək istəyirəm. "Xetafe"yə özümü inkişaf etdirmək üçün gəlmişəm və beynim çox rahatdır".

 

Enes Ünal cari mövsümdə 13 qol vurub və "Xetafe"nin ən məhsuldar futbolçusudur.

Xəbər xətti