17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yığma ikinci qrup matçında Şimali Makedoniya ilə qarşılaşıb. Albaniyada təşkil olunan görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk oyunda da Albaniyaya uduzan (0:1) milli bu nəticədən sonra qrupda son pilləyə düşüb. Komanda sonuncu oyununu martın 14-də Şotlandiyaya qarşı keçirəcək.