"Barselona"nın keçmiş hücumçusu Luis Suares Kataloniya təmsilçisinin Avropa Liqası 1/8 final mərhələsində "Qalatasaray"la keçirdiyi oyun haqda danışıb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, hazırda "Atletiko"da çıxış edən uruqvaylı forvard avrokubok görüşərinin çətin keçdiyini bildirib:
"Avrokubok matçları hər zaman çətin keçir. Xüsusilə də "Qalatasaray" kimi komandalara qarşı daha diqqətlə oynamaq lazımdır. Onların zəiflədiyini deyirlər. Amma meydanda hələ də dağ kimi dururlar. Belə matçlarda sona qədər döyüşməlisiz".
saytlarin hazirlanmasi