Yeni mövsüm hücum xəttini gücləndirmək istəyən "Barselona" siyahı hazırlayır.
Sportal.az xəbər verir ki, katalonlar "Mançester Yunayted"in futbolçusu Markus Reşfordla da maraqlanır. İspaniya mətbuatının məlumatına əsasən, "Barsa"nın əsas hədəfi "Borussiya"nın hücumçusu Erlinq Haalanddır.
Məlumata görə, Reşford "Barselona"ya keçməyə müsbət yanaşır və o, "qırmızı şeytanlar"dan ayrılmaq istəyir.
24 yaşlı futbolçu bu mövsüm 24 oyunda 5 qol vurub.
saytlarin hazirlanmasi