Ronald Kuman: "Laporta təyyarədə oyunçularımın yanında mənə "qovuldun" dedi

19:40 - 16 Mart 2022

"Barselona"nın keçmiş baş məşqçisi Ronald Kuman açıqlama verib.

 

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis Kataloniya təmsilçisindən istefaya göndərilməsi haqda danışıb. 58 yaşlı çalışdırıcı "Barselona"nın prezidenti Xoan Laportanın onu təyyarədə olarkən postundan istefaya göndərdiyini deyib:

 

"Oyunçularımla birlikdə təyyarədə idim. Xoan Laporta yanımda oturmuşdu. Mənə baxıb "qovuldun" dedi. Klubun əfsanəsi olduğumu deyirdi, amma bunu heç vaxt göstərmədi. Mənim məyus edən futbolçular yanımda olarkən qovulmaqdır".

 

Qeyd edək ki, Ronald Kuman 19 avqust 2020-ci il tarixindən 28 oktyabr 2021-ci il tarixinədək "Barselona"nın baş məşqçisi postunda çalışıb.

Xəbər xətti