"Barselona" müdafiəçisini itirdi - "Real"a qarşı oynamayacaq

11:59 - 18 Mart 2022

"Barselona" ciddi itkiylə üzləşib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Serjinyo Dest zədələnib.

Amerikalı futbolçu Avropa Liqasında "Qalatasaray"a qarşı keçirilən oyunun (2:1) ikinci hissəsində zədələnib və meydanı tərk edib.

Dest La Liqada "Real"a qarşı keçiriləcək matçı buraxacaq.

Martın 20-də keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Xəbər xətti