İspaniya millisində şok itki - uzun müddət oynamayacaq

13:13 - 18 Mart 2022

İspaniyanın "Real Sosyedad" klubunun kapitanı Mikel Oyarzabal sıradan çıxıb

 

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu komandanın məşqi zamanı zədələnib. Klubun mətbuat xitmətinin yaydığı məlumata görə, İspaniya millisinin üzvünün çarpaz bağları qopub. Təcrübəli futbolçunun oktyabr ayınadək yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, Mikel Oyarzabal cari mövsümdə "Real Sosyedad"ın heyətində meydana çıxdığı 33 oyunda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti