Xavi "Barselona"nın tarixinə düşüb.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Kataloniya klubunun sükanı arxasında ilk "el-klasiko"sunda 4 top fərqi ilə qalib gələn ikinci məşqçi olub. O, bu göstərici ilə 1958-1960 və 1979-1981-ci illərdə komandaya başçılıq edən Elenio Erreranın nəticəsini təkrarlayıb.
Qeyd edək ki, “Barselona” İspaniya La Liqasının 29-cu turunda səfərdə “Real”ı 4:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi