Azərbaycan yığmasının keçmiş qapıçısı Kamran Ağayev milli komandada işə başlayıb.
Sportal.az xəbər verir ki, keçmiş qolkiper millinin baş məşqçisi Canni De Byazinin köməkçisi təyin olunub. Kamran Ağayev yığma komandada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bir müddət əvvəl futbolçu karyerasını başa vuran Kamran Ağayev UEFA B kateqoriyalı məşqçi kursunda iştirak edir.
saytlarin hazirlanmasi