İspaniyalı hücumçunu 8 illik həbs gözləyir

13:11 - 28 Mart 2022

İspaniyanın "Selta" klubunun hücumçusu Santi Mina həbs oluna bilər.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard təcavüzdə ittiham olunur. Mina 2017-ci ildə "Valensiya"da çıxış edən zaman dostunun avtomobilində bir qadına təcavüz edib. Futbolçunun 8 illik həbsi tələb edilib. Məhkəmə prosesi sabah baş tutacaq.

 

Santi Mina "Selta"ya 2019-cu ilin yayında "Valensiya"dan keçib. Təcrübəli oyunçu cari mövsümdə Viqo təmsilçisinin heyətində meydana çıxdığı 31 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti