Maksim Medvedev: "Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir"

14:51 - 28 Mart 2022

Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sabah Latviya ulə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə təşkil edilən mətbuat konfransında yığmanın kapitanı Maksim Medvedev açıqlama verib:

 

"Malta ilə oyunda fərqli oyun sistemi ilə çıxış etdik. Bunları lövhədə göstərmək mümkündür, meydanda etmək isə çox çətindir. Çünki hər bir futbolçu həmin situasiyanı dərk etməlidir. Bəzi məqamlarda futbolçular tapşırıqları düzgün yerinə yetirməyəndə xaos yaranır. Heç kim belə olmasını istəmirdi.

 

İrlandiaya qarşı daha yaxşı hücumlar qururduq. Malta onlardan səviyyəcə aşağı olsa da, biz ikinci nömrə kimi oynayırdıq. Uşaqlar bir-birini başa düşə, uyğunlaşa bilmirdilər. Bəzən meydanda xaos yaranırdı. Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir. Bəzi futbolçular sosial şəbəkələrə baxır, təzyiqləri qəbul edə bilmirlər. Rahat çıxsalar, Maltaya 2-3 qol vurarlar. Elə oyunlar olur ki, gah eniş, gah artım olur. 90 dəqiqəni eyni səviyyədə keçirmək lazımdır".

Xəbər xətti