Dünya çempionatında bu bayraqlara qadağa qoyulacaq

17:52 - 4 Aprel 2022

Qətərdə keçiriləcək dünya çempionatında LGBTQ bayraqları qaldırmaq qadağan ediləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə DÇ-2022-nin təhlükəsizlik məsələləri üzrə rəsmisi Abdulaziz Abdullah Əl Ansari məlumat verib. O, LGBTQ bayraqları və bununla bağlı şüarların müsadirə ediləcəyini bildirib:

 

"Qanunları dəyişdirə bilmərik. 28 günlük dünya çempionatına görə dini dəyişdirməli deyilik".

 

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək gerçəkləşəcək.

Xəbər xətti