"Atletiko" Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Mançester Siti"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Müdafiəçi Xose Maria Ximenes zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Uruqvaylı müdafiəçi İspaniya La Liqasının 30-cu turunun "Alaves"lə matçında (4:1) zədələnib.
Qeyd edək ki, "Mançester Siti" - "Atletiko" qarşılaşması aprelin 5-də Bakı vaxtilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi