Millimiz Bosniya və Herseqovinaya qarşı

10:44 - 7 Aprel 2022

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki Grbavica stadionunda Bakı vaxtı ilə saat 17:00-da Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq.

 

Oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək:

 


Bosniya və Herseqovina – Azərbaycan
7 aprel. Grbavica stadionu. Saat 17:00
Baş hakim: Körsti Dovl
Baş hakimin köməkçiləri: Melissa Börgin, Sofie Denninqton
Dördüncü hakim: Lisa Ben

Xəbər xətti