Canni De Byazi: "Azərbaycan yığmasında xarakter problemi var"

11:31 - 7 Aprel 2022

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, "TMW Radio"ya danışan italiyalı mütəxəssis yığmamızın Malta və Latviya ilə keçirdiyi yoldaşlıq oyunlarını dəyərləndirib. De Byazi Azərbaycan millisində xarakter probleminin olduğunu bildirib:

 

"Problem vaxtımızın az olmasıdır. Hazırlıq dönəmində Malta və Latviya ilə qarşılaşdıq və hər ikisini 0:1 hesabıyla uduzduq. Çox günümüz olmasa da, yeni bir sistem yoxladıq.

 

Albaniya millisi yaxşıdır, keyfiyyətləri var. Mənim komandamda bəzi şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən vaxta qədər çalışacağam. Burada başqa problem də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan. Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir komandaya verə bilmirəm".

Xəbər xətti