İspaniya La Liqasında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Atletiko"nun portuqaliyalı hücumçusu Joao Feliks layiq görülüb. Məlumatı La Liqanın rəsmi saytı yayıb.
22 yaşlı futbolçu turnirin saytında keçirilən səsvermədə Kərim Benzema ("Real"), Qonçalo Qedeş ("Valensiya"), Serji Darder ("Espanyol"), Çimi Avila ("Osasuna") və Ruben Alkarası ("Kadis") qabaqlayıb.
Qeyd edək ki, Joao Feliks mart ayında "Atletiko"nun heyətində La Liqada meydana çıxdığı 3 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi