19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, millimiz Şimali İrlandiyada, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunda Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qarşılaşmanı idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Malta
9 aprel. İnver Park. Larne. Saat 17:00
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)