Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, komandamız Viborq şəhərindəki Viborq stadionunda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq. Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:
Danimarka – Azərbaycan
12 aprel. Viborq. Saat 20:00
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha