21 yaşadək futbolçulardan ibarət Azzərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç Ukrayna mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, 44 yaşlı mütəxəssis ölkəmizdəki işindən danışıb. O, Azərbaycanda işləməyin rahat olduğunu deyib:
"Artıq 4 ilə yaxındır ki, Azərbaycanda çalışıram. 2019-cu ilin qışından 21 yaşadək futbolçulardan ibarət milli komandaya rəhbərlik edirəm. Mənə o vaxt yerli futbolun inkişafı üçün proqram təqdim etdilər və mən də qəbul etdim. Azərbaycana gəlməklə düzgün addım atdım.
3 il ərzində 12 futbolçumuz əsas milliyə yüksəlib. Burada hər şeydən razıyam. Azərbaycanda işləmək rahat və asandır".
saytlarin hazirlanmasi