19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, millimiz Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyununda meydan sahibi komanda ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunu idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Azərbaycan – Şimali İrlandiya
12 aprel. İnver Park. Larne. Saat 17:00
Hakimlər: Tatyana Sorokopudova (Qazaxıstan), Nargis Magau (Qazaxıstan), Anni Koppel (Estoniya), Triinu Laos (Estoniya)