"Futbolu 33 yaşımda Emerinin sayəsində öyrəndim"

20:15 - 13 Aprel 2022

"Vilyarreal"ın futbolçusu Etyenn Kapu Çempionlar Liqasında  "Bavariya"nı mübarizədən kənarlaşdırdıqları matçdan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi baş məşqçi Unay Emeri haqda danışıb. O, ispaniyalı mütəxəssisi ensiklopediya adlandırıb:

 

"Unay Emeri futbol ensiklopediyasıdır. Böyük klublarda uğursuz olması məni məyus edir. Futbolu 33 yaşımda onun sayəsində öyrəndim. "Bavariya" möhtəşəm klubdur. Amma futbolçuları həddən çox özündənrazı idilər. Bu, bizə xeyli motivasiya verdi".

Xəbər xətti