İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Joao Feliks sıradan çıxıb. La Liqanın 32-ci turunun "Espanyol"la matçında (2:1) zədələnən portuqaliyalı hücumçunun durumu ciddidir.
Sosial şəbəkə hesabında paylaşım edən ulduz futbolçu mövsümün qalan hissəsində oynaya bilməyəcəyini bildirib:
"Təəssüf ki, xəbərlər gözlədiyim kimi deyil. Mövsümün qalan hissəsində oynanılacaq matçlarda komandama kömək edə bilməyəcəyimə görə çox məyusam. Artıq "Atletiko"nu yalnız meydanın kənarından dəstəkləyə biləcəyəm. Daha güclü qayıtmaq ümün çoxlu çalışacağam".
Qeyd edək ki, Joao Feliks cari mövsümdə "Atletiko"nun heyətində meydana çıxdığı 35 matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi