"Barselona" İspaniya La Liqasının 24-cü turundan təxirə salınmış oyunda "Kamp Nou"da "Rayo Valyekano"ya 0:1 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, matçdan sonra Kataloniya təmsilçisinin baş məşqçisi Xavi açıqlama verib. 42 yaşlı mütəxəssis çətin günlərdən keçdiklərini bildirib:
"Çox çətin dövrdən keçirik. Bu günlərdə birlikdə olmalıyıq. 4:0 hesablı qələbə qazanmaq gözəldir, amma belə çətin günlərdə bir-birimizə dəstək olmalıyıq. Tənqidləri anlayışla qarşılayıram. Hər birimizin günahı var. Baş məşqçi kimi ən böyük məsuliyyət mənim üzərimə düşür. Azarkeşlərin dəstəyinə ehtiyacımız var".
saytlarin hazirlanmasi