İspaniyanın "Barselona" klubunun heyətində itki baş verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Oskar Minqesa koronavirusa yoluxub. 23 yaşlı futbolçudan götürülmüş COVİD-19 testi pozitiv çıxıb. İspaniyalı mərkəz müdafiəçisi karantinə alınıb.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Oskar Minqesa 2020-ci ildən əsas komandada çıxış edir. O, La Liqa təmsilçisinin heyətində cari mövsümdə meydana çıxdığı 24 oyunda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi