"Barselona" "Kamp Nou"nu tərk edir - Bu stadionda oynayacaq

12:50 - 29 Aprel 2022

"Barselona"nın ev oyunlarını keçirdiyi "Kamp Nou" stadionu təmirə bağlanacaq.

 

Sportal.az xəbər verir ki, yenidənqurma işləri üçün Barselona bələdiyyəsi icazə verib. Stadionda işlər iyun ayından etibarən başlayacaq.

 

"Barselona" 2023/2024 mövsümündə ev oyunlarını şəhərdə yerləşən Montyuiç Olimpiya Stadionunda keçirəcək. Klub 2024/2025 mövsümündə isə "Kapm Nou"ya köçəcək. Lakin stadiona ümumi tutumun 50 faizi həcmində azarkeş buraxılacaq. Növbəti mövsümdən isə "Barselona" oyunlarını dolu tribunalar önündə keçirə biləcək.

Xəbər xətti