"Real" İspaniya çempionu oldu

20:15 - 30 Aprel 2022

İspaniya La Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Real" ölkə çempionluğunu qazanıb.

 

Madrid tədmilçisi 34-cü turun oyununda doğma meydanda "Espanyol"u 4:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib. "Kral klubu" mövsümün bitməyinə 4 tur qalmış ən yaxın izləyicisi olan "Barselona"nı 17 xal qabaqlayır.

 

Bu, "Real"ın tarixi ərzində 35-ci La Liqa çempionluğudur.

Xəbər xətti