FIFA millimizin üzvünə ağır cəza verdi

10:59 - 4 May 2022

FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.

Sportal.az xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin Bakıda Lüksemburq yığmasına qarşı keçirilmiş 2022-ci il dünya çempionatının seçmə oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.

Rəqibinə ayaqla zərbə endirdiyi üçün "qırmızı" alan yarımmüdafiəçi 4 oyunluq diskvalifikasiya ilə yanaşı, 5 min İsveçrə frankı məbləğində cərimələnib.

Bakı Olimpiya Stadionunda baş tutan Azərbaycan - Lüksemburq oyunu qonaqların 3:1 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti