Tanınmış hücumçu 4 il müddətinə azadlıqdan məhrum edildi

13:33 - 4 May 2022

İspaniyanın "Selta" klubunun hücumçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum olunub.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu cinsi təcavüzdə ittiham olunur. Almeriya məhkəməsi ispaniyalı forvarda 4 illik həbs cəzası verib. 

 

Mina həmçinin 50 min avro məbləğində təzaminat ödəyəcək. Bundan əlavə o, 12 il ərzində zərərçəkmiş şəxsə 500 metrdən çox yaxınlaşa bilməz.

 

Santi Mina 2019-cu ilin yayından "Selta"da çıxı edir. O, cari mövsümdə Viqo təmsilçisinin heyətində meydana çıxdığı 36 oyunda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti