"Barselona"nın futbolçusu Kleman Lanqle mövsümün sonunda klubu tərk edə bilər.
Sportal.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə "Sevilya" və İngiltərənin bir neçə klubu yaxından maraqlanır. Fransalı futbolçu "Barselona"nı tərk etməyə müsbət yanaşır.
Lanqle bu mövsüm Kataloniya təmsilçisinin heyətində 24 oyuna çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.