İspaniya La Liqasında aprel ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Real"ın hücumçusu Kərim Benzema layiq görülüb. Məlumatı La Liqanın rəsmi saytı yayıb.
34 yaşlı forvard azarkeşlər arasında keçirilən sorğuda ən yaxşı seçilib. Fransa yığmasının üzvü Pyerre-Emerik Obameyanq ("Barselona"), Ante Budimir ("Osasuna"), Borxa Mayoral ("Xetafe"), Xose Luis Morales ("Levante") Yohan Moxika ("Elçe") və Vedat Muriçi ("Malyorka") qabaqlayıb.
Qeyd edək ki, Kərim Benzema aprel ayında La Liqada meydana çıxdığı 5 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi