Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt yığma komandası millimizlə növbəti yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Bu komandalar arasında növbəti oyunlar mayın 8-də və 11-də olacaq.
Qeyd edək ki, Azərbaycan millisi dünən baş tutan oyunda Küveyti 5:0 hesabı ilə məğlub etmişdi.
saytlarin hazirlanmasi