Millimizin Belarus və Slovakiya ilə oyunlarının biletləri satışda

10:48 - 10 May 2022

UEFA Millətlər Liqası çərçivəsində iyunun 10-da, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya və 13-də baş tutacaq Azərbaycan - Belarus oyunlarının biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, biletlər 1-ci kateqoriya üçün 5 manat, 2-ci kateqoriya üçün 2 manat, VİP üçün isə 10 manatdır.

Milli iyunun 10-da "Dalğa Arena"da Slovakiyanı, 3 gün sonra isə eyni məkanda Belarusu qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da start götürəcək.

Xəbər xətti