Millimizin üzvü Macarıstan çempionu oldu

11:14 - 11 May 2022

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstan çempionu olub.

Sportal.az xəbər verir ki, təmsilçimiz bu uğura şərəfini qoruduğu “Vaşaş” klubunun heyətində imza atıb.

Ayşənin komandası Macarıstan çempionatının finalında “Bekeşçaba”nı üstələyib. Çempionun adına seriyanın 5-ci matçında aydınlıq gəlib.

3:0 (25:20, 25:17, 25:15) hesabı ilə qalib gələn “Vaşaş” seriyada hesabı 3:2-yə çatdırıb. Bununla da klub tarixində 7-ci dəfə qızıl medallara sahib çıxıb.

Bu, Ayşənli “Vaşaş”ın mövsümdə üçüncü tituludur. Təcrübəli blokçumuzun komandası bunadək MEVZA (Orta Avropa Voleybol Zona Assosiasiyası) turnirinin qalibi və ölkə kubokunun sahibi adını da əldə edib.

Xəbər xətti