"Barselona"nın futbolçusu Ronald Arauxo İspaniya La Liqasında XXXVI turunda "Selta" ilə ev oyununda ağır zədə alıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ikinci hissədə komanda yoldaşı Qavi ilə kəllə-kəlləyə toqquşub. Nəticədə uruqvaylı oyunçu huşunu itirib və yerə yıxılıb. Arauxo 68-ci dəqiqədə meydanı təcili yardım avtomobili ilə tərk edib.
"Barselona" "Selta"nı 3:1 hesabıyla məğlub edib.