Millimiz seçmə mərhələdə Kosovonu məğlub etdi

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi AVRO-2022-nin təsnifat mərhələsində E qrupunun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.

 

Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə ilk görüşdə 3:0 qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.

 

E qrupunda digər matçda Niderland Slovakia ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

 

Eldar Əliyevin komandası bu gün Niderland millisi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AVRO-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.

Tarix: 21 May [14:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 İyun 2022
26  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio