"Real" Vinisius Juniorla yeni müqavilə imzalamaq istəyir.
Sportal.az xəbər verir ki, "kral klubu" braziliyalı hücumçuya 6 illik yeni sözləşmə təklif etməyə hazırlaşır. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
2018-ci ildən "Real"da çıxış edən 21 yaşlı oyunçunun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.
O, bu mövsüm 50 oyunda 21 qol, 20 məhsuldar ötürməylə yadda qalıb.