İskonun "Real" karyerası başa çatdı

16:54 - 22 May 2022

"Real"ın futbolçusu İsko klubdan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti məlumat verib. İtaliyalı mütəxəssis 30 yaşlı yarımmüdafiəçinin "kral klubu"ndakı karyerasının başa çatdığını bildirib. 

 

İspaniyalı futbolçunun 30 iyun tarixində başa çatacaq müqaviləsinin müddəti uzadılmayacaq..

 

İsko "Real"a 2013-cü ildə "Malaqa"dan transfer olunub. O, cari mövsümdə La Liqa klubunun heyətində meydana çıxdığı 17 matçda  qol vurub.

Xəbər xətti