La Liqa klubunun baş məşqçisi istefa verdi

18:58 - 24 May 2022

İspaniya La Liqasında baş məşqçi istefası gerçəkləşib.


Sportal.az xəbər verir ki, "Atletik" Marselino Qarsiya Toralla yollarını ayırıb. Məlumatı Bilbao təmsilçisinin rəsmi saytı yayıb.


57 yaşlı mütəxəssis mövsümün sonunda başa çatan müqaviləsini yeniləmək istəməyib.


Marselino Qarsiya Toral 2021-ci ilin yayından "Atletik"i calışdırırdı. Komanda onun rəhbərliyi altında La Liqanı 55 xalla 8-ci pillədə başa vurub.

Xəbər xətti