İspaniyanın "Xetafe" klubu baş məşqçi Kike Sançes Floreslə yola davam etmək qərarı verib.
Sportal.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
57 yaşlı mütəxəssislə müqavilənin 2 il müddətinə uzadılması ilə bağlı razılıq əldə edilib. İmza mərasimi 27 may tarixində baş tutacaq.
Kike Sançes Flores 2021-ci ilin oktyabr ayından "Xetafe"ni çalışdırır. Komanda onun rəhbərliyi altında İspaniya La Liqasını 39 xalla 15-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi