"PSJ ilə müqavilə imzalayanlar köləliyi qəbul edirlər"

19:40 - 25 May 2022

"Barselona" prezidenti Xoan Laporta Kilian Mbappenin PSJ ilə yeni müqavilə imzalamasını sərt tənqid edib.


Sportal.az xəbər verir ki, klub rəhbəri bu müqavilənin futbolun gələcəyi üçün yaxşı hal olmadığını bildirib:


"Mbappenin PSJ-də qalmasını təmin edən müqavilə futbolun gələcəyi baxımından çox üzücüdür. Sizə arxa fonda dəstək verən bir dövlətiniz varsa, belə də olacaq. Oyunçuları pulla qaçırırlar. PSJ ilə müqavilə imzalayanlar köləliyi qəbul edirlər. Bu, Avropa Birliyindəki bütün prinsiplərə zidd bir hərəkətdir. "Mançester Siti" və PSJ kimi klublar bazarı məhv edirlər. Onların ardınca yeniləri də gəlir. Bizim kimi ölkələrin klublarının idarə edilməsi çox çətinləşir".

Xəbər xətti