"Real Sosyedad"ın B komandasının baş məşqçisi Xabi Alonso vəzifəsindən ayrılıb.
Sportal.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə 40 yaşlı mütəxəssislə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyi bildirilib.
"Real Sosyedad"ın əvəzedici komandası Sequndada 2021/2022 mövsümünü 19-cu sırada bitirib.