Qazaxıstan milli komandasının futbolçusu Nurali Alip ölkəsinin mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, Rusiyanın "Zenit" klubunda çıxış edən mərkəz müdafiəçisi Millətlər Liqasında Azərbaycanla keçirəcəkləri oyun haqda danışıb. 22 yaşlı futbolçu yığmamızın ciddi rəqib olduğunu deyib:
"Azərbaycan millisinin ciddi rəqib olduğunu düşünürəm. Çünki, onların heyətində yaxşı xarici klublarda çıxış edən futbolçular var. Heç kəsi qiymətləndirməmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq, sanki son döyüşə çıxırıq kimi köklənmək lazımdır.
Heç kimə sirr deyil ki, qrupun ən güclüsü Slovakiyadır. Üstəlik, indi onlarla iki dəfə oynamalıyıq. Belə bir rəqiblə döyüşmək maraqlı olacaq. Ümumilikdə bütün rəqiblər güclüdür. Qrupumuzda zəif komanda yoxdur.
Azərbaycanla oyunda istəyirəm ki, tamaşaçılar stadionu doldursunlar və bizi dəstəkləsinlər. Azarkeş dəstəyi bizim üçün önəmlidir. Qarşılaşma çətin olacaq, asan olmayacaq, amma biz qələbə qazanmaq və həmyerlilərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".
saytlarin hazirlanmasi