"Liverpul"un futbolçusu millinin düşərgəsini tərk etdi

14:32 - 2 İyun 2022

"Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantara İspaniya milli komandasının düşərgəsini tərk edib.

 

Sportal.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu zədə səbəbindən yığmadan ayrılıb.


Alkantara İspaniya millisinin iyun ayı ərzində Millətlər Liqasında keçirəcəyi matçlarda komandaya kömək edə bilməyəcək. İspanlar bu müddət ərzində Portuqaliya, İsveç və Çexiya ilə qarşılaşacaq.

Xəbər xətti