Canni de Byazi: "İnanıram ki, budəfəki Millətlər Liqası fərqli olacaq"

16:09 - 2 İyun 2022

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının qrup mərhələsində Qazaxıstanla keçiriləcək səfər oyunu öncəsi mətbuat konfransı keçirib.

 

Sportal.az İtaliyalı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:

 

“İnanıram ki, budəfəki Millətlər Liqası fərqli olacaq. Artıq özüm üçün heyəti müəyyənləşdirmişəm. Gələcəkdə bu komandaya düşəcək oyunçular var. Hazırda ən hazır futbolçular milliyə dəvət olunub. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var.

 

Güclü qrupda yer almışıq. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün döyüşəcək. Maksimum xallar toplamağa çalışacağıq.

 

Düşünürəm ki, qazonun süni olması problem olmamalıdır. Azərbaycanda da bu cür meydançalar var. Əsas çatışmazlıq kimi təqvimin sıx olmağını qeyd edə bilərik. Çünki oyunlar üç gündən olacaq”.

Xəbər xətti